Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Yanvarın 27-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyətini qəbul edib.
Görüşdə “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi”nin (AZURE) iş həcminə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi, habelə energetika sektorunun dəstəklənməsinə yönəlmiş texniki yardımın icra gedişatı müzakirə edilib.
Tərəflər tarif siyasəti ətrafında fikir mübadiləsi aparıb, həmçinin Dünya Bankının təklif etdiyi dəstək istiqamətləri və gələcək əməkdaşlığın davam etdirilməsi perspektivləri nəzərdən keçirilib.