Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Aprelin 17-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ETRA) proqram rəhbərinin müavini Kasper Yaroşla görüş keçirilib.
Görüş zamanı Kasper Yaroş ETRA haqqında təqdimatla çıxış edib, Assosiasiyanın idarəetmə strukturu, məqsədləri, əsas fəaliyyət istiqamətləri, əldə etdiyi nəticələr və 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər barədə ətraflı danışıb. O, həmçinin ETRA-nın son araşdırmaları, nəşrləri, təlimlərin təşkili ilə bağlı təcrübəsi, təlim təqvimi, “Sertifikatlaşdırılmış Enerji Tənzimləyicisi” proqramı, eləcə də Assosiasiyanın digər fəaliyyət istiqamətləri və layihələri barədə ətraflı məlumat verib.
Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə olunub.