EMTA-da “EU4Energy” proqramının II mərhələsi çərçivəsində ikigünlük seminar keçirilib
  • Publikasiya tarixi2024-10-11 15:50:00
  • KateqoriyasıPress-relizlər

Oktyabrın 10-11-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) “EU4Energy” proqramının II mərhələsi – “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (Council of European Energy Regulators - CEER) ekspertlərinin iştirakı ilə EMTA-nın mütəxəssisləri üçün növbəti seminar keçirilib.

Seminar zamanı CEER ekspertləri Avropa İttifaqı ölkələrində tariflərin formalaşdırılması və tənzimlənməsi prinsipləri, dinamik qiymət siyasəti və tələbin çevikliyi, Enerji Birliyi ölkələrində elektrik enerjisi üçün tariflərin müəyyənləşdirilməsi metodologiyaları, eləcə də bu sahədə “ağıllı” hesablaşma uçotunun tətbiqi və müvafiq tənzimləyici və hüquqi baza haqqında məlumat veriblər.

Seminarda həmçinin “istifadə müddəti” tariflərinə dair təqdimatlar nümayiş etdirilib, bu xüsusda iştirakçılara “istifadə müddəti” tarif planlarının məişət və kommersiya sektorlarında tətbiqi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, iştirakçılara “ağıllı” hesablaşma uçotunun tətbiqinin texniki-iqtisadi qiymətləndirilməsi üzrə Gürcüstan nümunəsi təqdim olunub.

Seminar müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.