Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Mayın 14-də Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və “Tetra Tech” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi barədə ümumi məlumat verilib və sözügedən layihənin icrası istiqamətində atılacaq addımlar müzakirə edilib.
Qeyd edək ki, “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” layihəsi Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında imzalanmış Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcək.
Sözügedən layihə çərçivəsində enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur.