EMTA-nın əməkdaşı Malayziyada keçirilmiş təlimdə iştirak edib
  • Publikasiya tarixi2024-06-28 15:01:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji Tənzimləmə və Monitorinq Departamentinin Enerji monitorinqi sektorunun böyük mütəxəssisi Ozal Feyzili 10-14 iyun 2024-cü il tarixlərində Malayziyanın Selanqor ştatının Banqi şəhərində keçirilmiş “Enerji idarəçiliyi vasitəsilə davamlılıq” adlı təlimdə iştirak edib.

Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində baş tutmuş təlim zamanı iştirakçılara yaşayış məntəqələrinin enerji təchizatı sistemlərinin effektiv idarə edilməsi, eləcə də enerjiyə qənaət etmək üçün həyata keçirilən layihələr, həmçinin enerji səmərəliliyinin artırılmasında istehlakçıların rolu haqqında məlumat verilib.

Bununla yanaşı, təlim iştirakçıları enerji mənbələri, tələb və təklif tendensiyaları, tənzimləmə, təhlil və enerji auditinin aparılması, Malayziyanın enerji səmərəliliyi potensialı ilə bağlı məlumatlarla tanış olublar.