Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları Heydər Əliyev Fondunun təşkil etdiyi “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Energetika Nazirliyində keçirilən növbəti qanvermə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə təşkil edilən aksiyada Nazirliyin aparatı və tabeli qurumların, eləcə də EMTA-nın əməkdaşları könüllü qan veriblər.
Xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Aksiyada ümumilikdə 52 əməkdaş iştirak edib.