EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin iyun ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2025-07-09 10:58:00
  • KateqoriyasıPress-relizlər

2025-ci ilin iyun ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 647 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 86-sı məlumat üçün olmaqla 566 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 9-u məlumat xarakterli olmaqla 74 müraciət olunub. Digər məsələlərlə bağlı 7 müraciət göndərilib.

Müraciətlərdən 234-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 316 müraciət hazırda baxılma prosesindədir, 95 məlumat xarakterli müraciətdən 46-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 7 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 27 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 22 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 57 inzibati xəta haqqında işə baxılıb, onlardan 53 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 4 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 87 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 72 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 22 müəssisədə 60 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.