EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin sentyabr ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2025-10-08 09:45:00
  • KateqoriyasıPress-relizlər

2025-ci ilin sentyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 921 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 149-u məlumat üçün olmaqla 819 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 84 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 2-si məlumat üçün olmaqla 16 müraciət göndərilib.

Müraciətlərdən 338-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (15 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 422 müraciət hazırda baxılma prosesindədir, 159 məlumat xarakterli müraciətdən 85-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 10 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 61 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 19 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 28 inzibati xəta haqqında işə baxılıb və  inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 88 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 75 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 24 müəssisədə 56 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.