EMTA fəaliyyət istiqamətlərinə dair iyul ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2024-08-09 17:21:00
  • KateqoriyasıPress-relizlər

Cari ilin iyul ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1038 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 134-ü məlumat üçün olmaqla 960 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 4-ü məlumat xarakterli olmaqla 54 müraciət olunub. İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 22 müraciət göndərilib.

Müraciətlərdən 434-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 9 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 455 müraciət hazırda baxılma prosesindədir, 140 məlumat xarakterli müraciətdən 68-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 7 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 18 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 27 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 23 inzibati xəta haqqında işə baxılıb, onlardan 22 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 1 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 94 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 81 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 24 müəssisədə 75 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.