EMTA fəaliyyət istiqamətlərinə dair iyun ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2024-07-09 17:49:00
  • KateqoriyasıPress-relizlər

Cari ilin iyun ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 663 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 50-si məlumat üçün olmaqla 620 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 3-ü məlumat xarakterli olmaqla 36 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 3 müraciət edilib. Digər məsələlərlə bağlı 4 müraciət göndərilib.

Müraciətlərdən 141-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 467 müraciət hazırda baxılma prosesindədir, 53 məlumat xarakterli müraciətdən 28-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 10 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 16 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 18 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 95 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 84 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 21 müəssisədə 52 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.