EMTA-nın İdarə Heyətinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
  • Publikasiya tarixi2026-05-20 16:09:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) ölkəmizdə səfərdə olan Dünya Bankının Qlobal Səmt Qazının Yandırılması və Metan Emissiyalarının Azaldılması (GFMR) üzrə etimad fondunun qiymətləndirmə missiyası ilə görüş keçirilib.

Görüşdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Dünya Bankının nümayəndə heyətinin rəhbəri, energetika üzrə baş mütəxəssis Sandu Qidirim, eləcə də nümayəndə heyətinin üzvləri və EMTA-nın əməkdaşları iştirak ediblər.

Görüş zamanı qaz sızmalarının aşkarlanması və təmirinin (LDAR) maliyyələşdirilməsi mexanizmi layihəsi ətrafında fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.