Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Aprelin 9-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının təcrübə meneceri Stefani Gilin rəhbərlik etdiyi enerji məsələləri üzrə nümayəndə heyətini qəbul edib.
Görüşdə Dünya Bankının təklif etdiyi dəstək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, eləcə də Enerji Effektivliyi Fondunun (EEF) fəaliyyətinə toxunulub.
Qeyd edək ki, EMTA Dünya Bankı ilə “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) çərçivəsində əməkdaşlıq edir.