EMTA-nın İdarə Heyətinin sədri Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Tirana görüşündə iştirak edib
  • Publikasiya tarixi2024-10-29 12:16:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (The Energy Regulators Regional Association - ERRA) oktyabrın 28-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən üzv qurumların rəhbərlərinin görüşündə iştirak edib.

Görüş zamanı bərpa olunan enerjinin tətbiqi şəraitində şəbəkə qıtlığı, bu sahədə tənzimləyici fəaliyyət və vasitələr, şəbəkə yüklənməsinin qarşısının alınması, enerji infrastrukturunun kibertəhlükəsizliyi və enerji sektorunda vacib infrastrukturun qorunmasına dair təqdimatlar nümayiş etdirilib, eləcə də İtaliyanın, Polşanın, ABŞ-nin, Fransanın və Avstriyanın bu sahədə təcrübəsinə nəzər yetirilib.

Müzakirə olunan mövzular ətrafında, həmçinin sual-cavab sessiyaları baş tutub.