Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan-Türkiyə III Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2024-cü il üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) mütəxəssisləri arasında növbəti görüş keçirilib. Görüşdə sözügedən qurumun nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi və “Azerenerji” ASC-nin əməkdaşları da iştirak ediblər.
Görüş zamanı EPDK-nın enerji üzrə müxtəxəssisi İsmail Bahtiyar “Enerji saxlanc sistemlərinin tətbiqinin genişləndirilməsi və zəruri infrastrukturun qurulması sahəsində atılmış praktiki addımlar” mövzusunda təqdimatla çıxış edərək, Türkiyədə mövcud enerji saxlanc sistemlərinin növləri, üstünlükləri, eləcə də elektrik enerjisinin saxlanması qaydaları və lisenziyalaşdırma prosedurları ilə bağlı ətraflı məlumat verib.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.