Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Danimarkanın Enerji Agentliyinin (DEA) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, DEA-nın nümayəndəsi Simon Flöe Nilsen, eləcə də hər iki tərəfdən mütəxəssislər iştirak ediblər.
Görüş zamanı bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası və "yaşıl enerji"yə keçid ilə bağlı Azərbaycan və Danimarkanın təcrübəsi bölüşülüb, həmçinin hər iki ölkənin elektrik enerjisi bazarının tənzimləməsinə dair məlumat verilib.
Tərəflər sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.