EMTA və EPDK arasında Azərbaycan-Türkiyə III Enerji Forumunun İşçi qrupunun görüşü keçirilib
  • Publikasiya tarixi2024-09-05 11:15:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) mütəxəssisləri arasında Azərbaycan-Türkiyə III Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2024-cü il üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində sonuncu onlayn görüşü keçirilib.

Görüş zamanı EPDK-nın qaz təchizatı sahəsi üzrə müxtəxəssisi Koray Kalaycıoğlu “Təbii qaz bazarlarının tənzimlənməsi sahəsində Türkiyə təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. O, təbii qaz bazarlarının strukturu, bazarın liberallaşdırılması və bu sahədə mövcud qanunvericilik bazası ilə bağlı Türkiyə təcrübəsini iştirakçılarla bölüşüb.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.