EMTA Vətən müharibəsində iştirak etmiş əməkdaşları təbrik edib
  • Publikasiya tarixi2021-11-05 19:55:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) baş ofisində Zəfər Günü münasibətilə tədbir keçirilib.Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) baş ofisində Zəfər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Agentliyin İdarə Heyətinin sədri Samir Axundov Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi iradəsi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi qələbə münasibətilə görüş iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra Vətən müharibəsində göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2020-ci ilin dekabr və cari ilin iyun aylarında imzaladığı müvafiq sərəncamları ilə döyüş medalları ilə təltif olunan əməkdaşlar - Nicat Əliyevə, Kamran Rzayevə və Sahil Babayevə Agentliyin rəhbərliyi tərəfindən təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

Agentliyin əməkdaşları Cənab Ali Baş Komandanın rəhbərliyi altında uğurlu hərbi əməliyyatlarda iştirak edərək torpaqlarımızın düşmənin işğalından azad edilməsinə, bu tarixi qələbəmizə töhfə verdikləri üçün sonsuz iftixar hissi keçirdiklərini bildiriblər.

 Qısa məlumat

Agentliyin Lənkəran filialının böyük müfəttişi Nicat Əliyev 2020-ci ilin dekabr ayında “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, 2021-ci ilin yanvar ayında isə Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Ehtiyatda olan zabit Nicat Əliyev 2020-ci ilin sentyabr ayının 21-də hərbi təlimlərə cəlb edilib, daha sonra isə baş leytenant olaraq döyüşlərə qatılıb. 

Agentliyin İqtisadi təhlil, tarif və statistika şöbəsinin mütəxəssisi Kamran Rzayev 2021-ci ilin iyun ayında “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Kamran Rzayev Vətən müharibəsi başladıqdan iki gün sonra, 2020-ci il sentyabr ayının 29-dan ordu sıralarına çağrılıb və atıcı-nizamlayıcı əsgər olaraq orduda öz xidmətinə başlayıb.

Agentliyin Şirvan filialında mühafizəçi vəzifəsində çalışan Sahil Babayev 2021-ci ilin iyun ayında “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Sahil Babayev 2020-ci il sentyabr ayının 29-da könüllü olaraq əsgər kimi ön cəbhəyə yollanıb. Onun döyüş yolu Füzulidən başlayıb və Şuşaya kimi davam edib. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib.