EMTA xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir
  • Publikasiya tarixi2024-09-18 11:09:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) enerji tənzimləmə sahəsində xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, sözügedən istiqamətdə EMTA ilə Özbəkistanın Energetika Nazirliyi və Enerji Bazarının İnkişafı və Tənzimlənməsi Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə EMTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə, Özbəkistanın Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Maqsud Maxbubov, eləcə də Enerji Bazarının İnkişafı və Tənzimlənməsi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jamola Xusanjanova iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Özbəkistanın enerji tənzimləyici qurumlarının fəaliyyəti haqqında məlumatlar bölüşülüb və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılacaq ilkin addımlar müzakirə edilib.