Energetika naziri Astarada vətəndaşları qəbul edib
  • Publikasiya tarixi2024-01-26 15:51:00
  • KateqoriyasıPress-relizlər

Yanvarın 26-da energetika naziri Pərviz Şahbazov Astara rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma, elektrik enerjisi verilişinin keyfiyyəti, qaz təchizatı, qaz xəttlərinin yenilənməsi, borc və cərimə, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan 26 vətəndaş iştirak edib.