Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Energetika naziri Pərviz Şahbazov oktyabrın 27-də Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edib.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xətləri və dirəklərinin qəzalı vəziyyəti, borc və cərimələr, qaz təchizatı, yaşayış yerinə günəş panellərinin quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.
Qəbulda Bakı və Göyçay şəhəri, Füzuli, Beyləqan və Sabirabad rayonlarından olan 24 vətəndaş iştirak edib.