Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran şəhərində vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, sayğac quraşdırılması, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və istismar vəziyyəti, təbii qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Lənkəran, Astara, Biləsuvar və Cəlilabaddan olan 11 vətəndaş iştirak edib.