Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Energetika naziri Pərviz Şahbazov aprelin 11-də Ucarda vətəndaşları qəbul edib.
Ucar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, enerji verilişində fasilələr, mühafizə zonaları, keyfiyyət göstəriciləri, borc və cərimələr, naqillərin, dirəklərin və transformatorların istismar vəziyyəti, yeni transformatorun, elektrik və qaz sayğaclarının quraşdırılması, qaz təchizatı, işlə təminat, eləcə də təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ucar, Ağcəbədi, Zərdab, Kürdəmir, Göyçay və Mingəçevir rayonlarından olan 39 vətəndaş iştirak edib.