Energetika Nazirliyi “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə ilk üçlükdə qərarlaşıb
  • Publikasiya tarixi2025-02-24 17:05:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyi 2024-cü ildəki fəaliyyətinə əsasən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 71,25 faiz göstərici ilə 3-cü yerdə qərarlaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində Energetika Nazirliyinin əməkdaşları ilə yanaşı, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşı Vüqar Həşimov da iştirak edib və əməkdaşlara müvafiq sertifikat təqdim olunub.

Qeyd edək ki, ötən il 67,81 faizlə 4-cü yeri tutan Energetika Nazirliyi xidmət keyfiyyətinin artırılması sahəsində atılan mühüm addımlar sayəsində ilk üçlüyə yüksəlib.