Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Aksiyada Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları da iştirak ediblər.
Mayın 8-də Energetika Nazirliyi Qobustan hibrid elektrik stansiyasının ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
Ətraf mühitin qorunması, yaşıllıqların salınması sahələrinə ictimai diqqətin yönəldilməsi və məlumatlılığın artırılmasına hesablanmış aksiyada nazirliyin aparatının və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində Qobustan hibrid elektrik stansiyasının yaxınlığında ayrılmış ərazidə ağaclar əkilib və ətraf ərazi abadlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli müvafiq sərəncamına əsasən “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” sosial-iqtisadi inkişafa dair milli prioritetlərimizdən biri kimi müəyyənləşdirilib.
Qeyd edək ki, yaşıllaşdırma işlərinin həyata keçirildiyi ərazidə yerləşən “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” dünyada məhz günəş, külək və bioenerji komponentlərini özündə birləşdirən ilk hibrid “yaşıl enerji” layihələrindəndir. Mərkəz 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 38 hektar ərazidə inşa olunan mərkəzdə, ümumi gücü 6,7 MVt olmaqla, 2,7 MVt-lıq külək, 3 MVt-lıq günəş və 1 MVt-lıq bioenerji qurğuları quraşdırılıb.