Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika və İqtisadiyyat fakültələrinin tələbələri ilə onlayn görüş keçirib. Görüşün əsas məqsədi tələbələr üçün informasiyanın əlçatanlığını asanlaşdırmaq və onlara faydalı olacaq məlumatları paylaşmaq olub.
Görüşdə Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri Cahid Mikayılov və AERA-nın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağa Hacızadə qurumların əsas fəaliyyət istiqamətləri, energetika və enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər və yeniliklər barədə tələbələrə ətraflı məlumat veriblər. Bununla yanaşı, Energetika Nazirliyinin və AERA-nın rəsmi internet səhifələrində yer alan məlumatlar tələbələrin diqqətinə çatdırılaraq bu kimi informasiya resurslarından istifadənin faydalı olacağı vurğulanıb.
Görüşdə həmçinin Energetika Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova və AERA-nın İnsan resursları şöbəsinin müdir müavini Vüsal Əsgərov çıxış edərək iş və təcrübə imkanları, eləcə də işə qəbul qaydaları haqqında geniş məlumat veribər.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.