Energetika Nazirliyi yanında İctimai şuranın tərkibi müəyyən edilib
  • Publikasiya tarixi2023-11-07 09:26:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər keçirilib. Namizədliyi irəli sürülmüş 5 nəfərdən 4-ü İctimai şuraya üzv seçilib. Beləliklə, 31 oktyabr və 6 noyabr tarixlərində keçirilmiş seçkilərin ümumi nəticələrinə görə, İctimai şuranın 7 nəfərdən ibarət tərkibi seçilib.

İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir:

1. Abdullayeva Mehriban Əli qızı – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri

2. Əliyev Ramil Arif oğlu – “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri

3. Əzəmmədov Seymur Firidun oğlu – “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri

4. Həsənov Sadiq Hüseyn oğlu – “Sağlam Həyata Doğru” İctimai Birliyinin sədri

5. Həsənov Samir Hüseynağa oğlu – “Ulduz” informasiya - kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri

6. Mehdiyev Rəşad Azad oğlu – “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri

7. Nəsirov Şaban Fəxrəddin oğlu – “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri