Energetika Nazirliyində İctimai şuranın üzvləri ilə görüş keçirilib
  • Publikasiya tarixi2023-11-20 12:04:00
  • KateqoriyasıPress-relizlər

Noyabrın 17-də energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyi yanında yaradılmış 2-ci tərkib İctimai şuranın üzvləri ilə görüşüb.

Nazir İctimai şuraya yeni seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaş-dövlət münasibətlərinin inkişaf etdirilməsi məqsədilə vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıqla bağlı müvafiq tapşırıq və tövsiyələr verildiyini vurğulayıb.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsində İctimai şura üzvlərinin rəy və təkliflərinə bundan sonra da diqqətlə yanaşılacağı vurğulanıb, sıx əməkdaşlıq şəraitində uğurlu fəaliyyətin təmin ediləcəyinə əminlik ifadə olunub.

Görüş zamanı İctimai şuranın üzvləri şəffaf və ədalətli seçkiyə görə təşəkkür edərək, aktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Sonra energetika naziri İctimai şuranın üzvlərinə üzvlük vəsiqələrini təqdim edib. İctimai şuranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nazirliyin müvafiq struktur bolmələrinə tapşırıqlar verib.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Energetika Nazirliyi yanında yaradılmış 2-ci tərkib İctimai şura 7 nəfər üzvdən ibarətdir.