Energetika Nazirliyində növbəti qanvermə aksiyası keçirilib
  • Publikasiya tarixi2023-10-04 10:55:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib. Nazirliyin Aparatı və tabeli qurumların əməkdaşları könüllü iştirak edərək qana ehtiyacı olan insanlara kömək məqsədilə bu xeyirxah aksiyaya qoşulublar.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlandıqdan sonra onlardan qan götürülüb.

Aksiyada ümumilikdə 39 əməkdaş iştirak edib.