Energetika Nazirliyinin və AERA-nın əməkdaşlarından ibarət "Ağdam" komandası "Səmərəli həll" nominasiyası üzrə mükafata layiq görülüb
  • Publikasiya tarixi2023-03-13 09:57:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyi və Energetika Nazirliyinin tabeleyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) əməkdaşlarından ibarət "Ağdam" komandası "Heydər Əliyev İli"nə həsr olunmuş "Çevik 100 il" ideya müsabiqəsində "Səmərəli həll" nominasiyası üzrə mükafata layiq görülüb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən sözügedən müsabiqədə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 21 komanda iştirak edib və onlar hər bir dövlət xidmətinin sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni həllərin hazırlanması üzrə ideyalarını bölüşüblər.