Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov qanun layihəsinin hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Dövlət qurumlarından daxil olmuş rəy və təklifləri diqqətə çatdırıb. Bu qanunvericilik aktının hazırlanması zamanı tənzimləyici ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib və layihədə öz əksini tapıb.
Sonra Nazirlik və Agentliyin mütəxəssislərinin qanun layihəsinin hazırkı variantına dair fikirləri dinlənilib. Mütəxəssislər, bilavasitə tənzimlənən subyektlərlə əməkdaşlıq, digər dövlət qurumları, habelə beynəlxalq məsləhətçilər ilə birgə fəaliyyətin aparılması, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlərin qanun layihəsində vacibliyinə xüsusi diqqət çəkiblər. Bundan başqa, bu əməkdaşlıq formalarının möhkəmləndirilməsi üçün qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülüb və qəbul edilib. Qanun layihəsinin digər maddələrinə əlavə və dəyişiklərlə bağlı irəli sürülmüş təkliflər də nəzərdən keçirilib.
Layihənin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib və bu istiqamətdə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” ölkə Prezidentinin 29 may 2019-cu il tarixli Sərəncamı ilə nəzərdə tutulub.