Enerji bazarı islahatı və alqı-satqı müqavilələri mövzusunda seminar keçirilib
  • Publikasiya tarixi2019-03-05 03:00:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Ernst&Young” şirkətinin təşkilatçılığı ilə “Enerji bazarı islahatı” və “Enerji alqı-satqı müqavilələri” mövzusunda seminar keçirilib. Tədbirdə Avropa İttifaqı ölkələrində bu sahədə tətbiq edilən təcrübə barədə geniş dinləmələr keçirilib.

“Ernst&Young Azerbaijan” şirkətinin məsləhət xidmətləri üzrə rəhbəri Nərgiz Kərimova bu tədbirin gələcəkdə enerji bazarında islahatların aparılması prosesinə töhfə verəcəyini deyib. Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundov agentliyin fəaliyyətə başladığı qısa müddət ərzində bir sıra beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq əlaqələrindən danışaraq, enerji bazarında islahatların həyata keçirilməsi və alqı-satqı müqavilələrinin tərtibində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib. S.Axundov eyni zamanda yerli enerji bazarının xüsusiyyətlərinin araşdırılmasının vacibliyini də diqqətə çatdırıb.

Tədbirdə Polşa və Çexiyadan olan ekspertlərin bu ölkələrdə tətbiq olunan təcrübələrdən bəhs edən “Energetika sektorunun transformasiyası-dərslər və perspektivlər”, “Elektrik enerjisi alışı müqavilələri və digər sxemlər” adlı təqdimatları dinlənilib.