Enerji Məsələlərini Tənzimləmə Agentliyi konfrans zəng vasitəsilə vətəndaş qəbulu keçirib
  • Publikasiya tarixi2020-03-18 03:00:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dövlət qurumlarında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salındığı üçün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA)  İdarə Heyətinin sədri Samir Axundovun işitrakı ilə martın 18-də konfrans zəng vasitəsilə vətəndaş qəbulu keçirilib. Telefon rabitəsi vasitəsilə keçirilmiş qəbulda Gəncə şəhərindən olan vətəndaşın işə qəbul ilə bağlı müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun olaraq məsələyə baxılması vətəndaşın diqqətinə çatdırılıb.