Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, EBRD-nin risk üzrə baş mütəxəssisi Əkrəm Hilmi, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
Görüş zamanı Samir Axundov EBRD-nin həyata keçirdiyi “Azərbaycan Respublikasında yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi istiqamətində icra edilmiş tədbirlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. O, həmçinin enerji sahəsində icra olunan layihələrin əhəmiyyətini qeyd edərək Azərbaycanın enerji sektorunda əlverişli investisiya mühitinin mövcudluğu barədə geniş məlumat verib.
Görüş sözügedən məsələlərin müzakirəsi ilə başa çatıb.