Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
  • Publikasiya tarixi2020-04-17 02:00:00
  • KateqoriyasıPress-relizlər

17 aprel 2020-ci il tarixində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər. Qanvermə aksiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsi məqsədi ilə dəstək çağırışı çərçivəsində baş tutub.

Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü nəcib və humanist xarakterli qanvermə aksiyasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları Bahadur Eyvazov adına Elmi-Tədqiqat Milli Hematologiya və Transfuziologiya Mərkəzində qan veriblər.

Aksiya çərçivəsində əvvəlcə həkim-hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra qangötürmə əməliyyatında iştirak etmələrinə icazə verilib.

EMTA qana ehtiyacı olan insanların köməyinə çatmaqla bərabər, xüsusi karantin rejimində cəmiyyət üçün faydalı sosial layihə və tədbirləri daima dəstəkləyir və fəal iştirak edir.