Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Sentyabrın 2-də Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (ERRA) üzv olan ölkələri təmsil edən nümayəndələrin Budapeştdə görüşü keçirilib.
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) nümayəndəsinin də qatıldığı tədbirdə ERRA üzvü olan qurumların nümayəndələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə mütəxəssislər gələcəkdə keciriləcək tədbirlər və layihələr barədə məlumat veriblər, ERRA üzvü olan tənzimləyicilərin son fəaliyyətləri, qarşıdakı hədəflərə nail olunmasında ERRA-nın potensial rolu barədə təqdimatları dinləyiblər. Müzakirələrə ERRA Katibliyi və üzv qurumların nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin dəyərləndirilməsi də daxildir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Elektrik və qaz təchizatı, həmçinin, istilik enerjisi sahələri Agentliyin əsas fəaliyyət dairəsinə aid edilmiş məsələlər olaraq müəyyənləşdirilmişdir. EMTA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.