Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
EMTA elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, o cümlədən dövlət nəzarətinin təşkilini həyata keçirir.
Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, həmçinin sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.
EMTA ötən dövr ərzində müvafiq sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, istehlakçı hüquqlarının qorunması, eləcə də tənzimləmə fəaliyyəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib.
Agentliyin hazırda 11 filialı mövcuddur.