EPDK Türkiyə təcrübəsini EMTA mütəxəssisləri ilə bölüşüb
  • Publikasiya tarixi2026-03-04 17:28:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında növbəti onlayn görüş keçirilib.

Görüş zamanı EPDK-nın elektrik enerjisi üzrə mütəxəssisi Muhammet Ali Ateş elektrik enerjisi bazarının monitorinqi sahəsində Türkiyə təcrübəsi ilə bağlı təqdimatla çıxış edib. O, elektrik enerjisinin topdansatış bazarına nəzarət, eləcə də tənzimləyici tərəfindən elektrik enerjisi bazarının monitorinqi, sui-istifadə hallarının araşdırılması və cərimələrin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə  ətraflı məlumat verib.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.