Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış fəaliyyət planının ikinci mərhələsi üzrə növbəti görüş keçirilib. Görüşdə həssas istehlakçı qruplarının müəyyən edilməsi, enerji təchizatının keyfiyyəti və xidmət keyfiyyəti sahəsində paylayıcı sistem operatorunun məsuliyyəti ilə bağlı Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb.
Görüş zamanı AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü təşkil olunan bu kimi təcrübə mübadilələrinin AERA və EPDK arasında əməkdaşlıq əlaqələrinin inkişafına və qabaqcıl təcrübənin daha da dərindən öyrənilməsinə töhfə verdiyini qeyd ediblər.
Daha sonra EPDK-nın enerji üzrə mütəxəssisi Ahmet Gök həssas istehlakçı qruplarının müəyyən edilməsi ilə bağlı təqdimatla çıxış edib.
“Xidmət keyfiyyəti sahəsində paylayıcı sistem operatorunun məsuliyyəti” mövzusunda danışan EPDK-nın enerji üzrə digər mütəxəssisi Osman Uzan isə Türkiyədə elektrik paylayıcı şirkətlər barədə statistik məlumatları və xidmət keyfiyyətinin ölçülməsi üzrə metodları görüş iştirakçıları ilə bölüşüb.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.