Macarıstanın enerji tənzimləyicisi EMTA-nın əməkdaşları ilə öz təcrübəsini bölüşüb
  • Publikasiya tarixi2024-09-18 18:25:00
  • KateqoriyasıPress-relizlər

Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumu (MEKH) Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları üçün qaz təchizatı sahəsində tarif tənzimlənməsi ilə bağlı onlayn seminar keçirib.

Seminarda qaz təchizatı sahəsində tariflərin təyin edilməsi  və tənzimlənməsi proseduru, Macarıstanda, eləcə də digər Avropa İttifaqı  ölkələrində qaz tariflərinin tənzimlənməsinin əsas prinsipləri və tariflərin müəyyən edilməsi üzrə hüquqi çərçivəyə dair ətraflı məlumat verilib.