Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Macarıstanın Enerji və Kommunal Xidmətlər sahəsində Tənzimləyici Qurumu (MEKH) Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) müvafiq şöbələrinin əməkdaşları üçün “Macarıstan və Avropa Birliyində Yeraltı Qaz Anbarları sisteminin tənzimlənməsi” mövzusunda onlayn seminar keçirib.
Seminarda yeraltı qaz anbarlarının rolu və növləri, müvafiq sahədə tənzimləməyə dair Avropa Birliyi və Macarıstanda tətbiq olunan normativ hüquqi baza, 2022-ci ildə qaz böhranının Yeraltı Qaz Anbarları sisteminin tənzimlənməsinə və roluna təsiri, həmçinin digər məsələlərlə bağlı məlumat verilib.
Sonda AERA-nın əməkdaşlarının sualları cavablandırılıb və müzakirələr aparılıb.