Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzində elektrik təchizatı şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb
  • Publikasiya tarixi2019-12-18 03:00:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanına uyğun olaraq, Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Texniki Şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın paytaxt və regionlarındakı 12 “ASAN Kommunal” və "ASAN xidmət" mərkəzlərində yaradılmış Texniki Şuraların fəaliyyəti tam şəkildə təmin olunub. Bunlar 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuralardır.

Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanına uyğun olaraq “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində mövcud Texniki Şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki Şuraların formalaşdırılması haqqında Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun 22 iyul 2019 tarixli Əmri ilə təsdiq olunub.

Həmçinin, bu tədbirlər Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Faydalı keçidlər