“Sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkəsinə qoşulması” mövzusunda görüş keçirilib
  • Publikasiya tarixi2022-06-30 12:55:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında “Sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkəsinə qoşulması” mövzusunda görüş keçirilib. Görüşdə AERA və KOBİA-nın mütəxəssisləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı AERA-nın mütəxəssisləri sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkələrinə qoşulması ilə bağlı üzləşdikləri çətinliklər və onların aradan qaldırılması məqsədilə hazırlanmış yeni qaydaların layihəsi haqqında iştirakçılara məlumat veriblər.

İnteraktiv müzakirə və sual-cavab formatında davam etdirilən görüşdə sözügedən qaydalar layihəsinin qəbul edilməsinin sahibkarların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına töhfə verəcəyi qeyd edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin zəruriliyi bildirilib