Şuşada yerləşən qazanxanaların texniki və istismar vəziyyətinə baxış keçirilib
  • Publikasiya tarixi2022-10-14 11:41:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) və “Azəristiliktəchizat” ASC-nin rəhbər şəxsləri Şuşa şəhərində mövcud olan qazanxanaların texniki və istismar vəziyyətinə baxış keçirib, istifadəyə verilmiş qazanxanaların mövsümə hazır vəziyyətə gətirilməsi işləri ilə tanış olublar.

Texniki baxış zamanı qazanxanaların fasiləsiz və keyfiyyətli istismarı yönündə həyata keçirilməsi zəruri olan tədbirlərə dair müzakirələr aparılıb və aidiyyəti üzrə tapşırıqlar verilib.