Türkiyənin enerji tənzimləmə qurumu elektrik enerjisi və təbii qazın paylanmasında tədqiqat, inkişaf və innovasiyalarla bağlı təcrübəsini AERA ilə bölüşüb
  • Publikasiya tarixi2023-05-24 18:12:00
  • KateqoriyasıPress-relizlər

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) elektrik enerjisi və təbii qazın paylanmasında tədqiqat, inkişaf və innovasiyalarla bağlı təcrübəsini Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri ilə bölüşüb. Sözügedən mövzu ilə bağlı həyata keçirilən görüşdə təqdimatla çıxış edən EPDK-nın enerji üzrə mütəxəssisi Zühre Aydın Türkiyənin elektrik və təbii qaz paylayıcı şirkətlərinin tədqiqat, təkmilləşdirmə və innovasiya fəaliyyətlərinin dəstəklənməsinə dair prosedur və prinsiplərdən söz açıb, eləcə də bu sahə üzrə mövcud qanunvericilikdə yer alan məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan-Türkiyə II Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2022-2023-cü illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində enerji sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə AERA və EPDK arasında mütəmadi olaraq görüşlər keçirilir.