“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
  • Publikasiya tarixi2024-03-18 10:45:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları da iştirak ediblər.

Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada ümumilikdə 1 hektar ərazidə 600-dən çox müxtəlif növ ağac tingləri əkilib. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Aksiyada həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Masdar” şirkətinin Azərbaycan ofisinin əməkdaşları iştirak ediblər.