Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
1992-1996-cı illərdə Türkiyə Respublikasında, İstanbul Universiteti MYO-da təhsil alıb. 1997-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyəçi ixtisası üzrə magistr dərəcəsi alıb.
1996-cı ildə Azərbaycan Respublikasının Milli Bankında əmək fəaliyyətinə başlayıb.
1997-2012-ci illərdə Azərbaycan Beynəlxalq Bankında şöbə rəisi, departament direktoru, baş maliyyə direktoru və İdarə Heyətinin sədr müavini kimi müxtəlif vəzifələrdə çalışıb.
2012-2015-ci illərdə “Bank Tecnique” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2015-2018-ci illərdə müxtəlif qurumlarda məsləhətçi olub.
2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.
Azərbaycan, türk və rus dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.
E-mail: rovshan.ismayilov@regulator.gov.az
İdarə Heyətinin sədr müavininin qəbul günü: bazar ertəsi, 11:00 - 13:00