Geriyə qayıt

Oxşar mövzular

Paylaş

Ramin Babayev
İdarə Heyətinin sədr müavini
  • KateqoriyaSədr müavinləri

 


1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.

Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb;

2001-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

2007-2012-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.

2012-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Komitə sədrinin müavini təyin edilib.

2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.


E-mail: ramin.babayev@regulator.gov.az           


İdarə Heyətinin sədr müavininin qəbul günü: çərşənbə axşamı, 15:00 - 17:00


Qəbula yazılmaq üçün office@regulator.gov.az elektron ünvanına məktub yazmağınız xahiş olunur. 

 

Paylaş

Oxşar mövzular