Güzəştli kreditlər
  • KateqoriyaStimullaşdırıcı tədbirlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 359-VIQ nömrəli Qanununda nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına fiziki və hüquqi şəxslərə illik faiz dərəcəsi 5 %-dək olmaqla güzəştli kreditlər verir.

Güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən istiqamətlər:
•    enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
•    enerji menecmenti sisteminin tətbiqi;
•    ağıllı sayğacların və sistemlərin tətbiqi;
•    kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
•    bərpa olunan enerji mənbələrindən istifadə.

Güzəştli kreditlər üzrə şərtlər:

Kreditin növü
Məbləğ (AZN)
Müddət
Güzəşt müddəti
Kiçikhəcmli kreditlər 1 000 – 50 000 5 ilədək 6 ay
Ortahəcmli kreditlər 50 001 – 1 000 000 10 ilədək 12 ay
Böyükhəcmli kreditlər 1 000 001 – 10 000 000 15 ilədək 24 ay