İstehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı qanunvericiliyə əməl edilməsinə nəzarət
Agentliyin fəaliyyət istiqamətlərindən biri də elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdir.
İstehlakçıların hüquqlarının qorunması sahəsində görülən işlər
- energetika sahəsinin müvafiq sektorlarını tənzimləyən qanunvericiliyə uyğun olaraq istehlakçıların hüquqlarının müdafiəsi sahəsində digər dövlət orqan və qurumları ilə sıx əməkdaşlıq edir;
- istehlakçılardan elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı ilə bağlı Çağrı Mərkəzi, şəxsi müraciət, həmçinin elektron poçt və ya sosial şəbəkə vasitəsilə daxil olan müraciətlərə baxır;
- müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür;
- istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin icrasına dövlət nəzarətini həyata keçirir;
- istehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir;
- energetika subyektləri arasında mübahisələrə və istehlakçıların şikayətlərinə baxır.
Vətəndaşlar Agentliyə necə müraciət edir?
İstehlakçılar Agentliyə "974” Çağrı Mərkəzi, elektron poçt, sosial media vasitəsilə, eləcə də birbaşa məktub göndərməklə müraciət edə bilərlər.