Şəkillər
Şəkillər

Energetika Nazirliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

06-11-2025 17:34

Energetika Nazirliyində 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə "Zəfərdən Şəfəqə” adlı tədbir keçirilib.

"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib

24-10-2025 21:03

Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün ikigünlük seminar keçirilib.

EMTA və KOBİA-nın birgə əməkdaşlığı ilə sahibkarlar üçün seminar təşkil edilib

16-10-2025 17:28

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı ilə “Sahibkar saatı” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib. Tədbirdə elektrik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən podratçılar, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər.

EMTA-nın İdarə Heyətinin sədri Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib

14-10-2025 14:39

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (Energy Regulators Regional Association - ERRA) üzv qurumların rəhbərlərinin oktyabrın 13-də Ankarada keçirilən görüşündə iştirak edib.

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib

10-10-2025 12:43

Energetika naziri Pərviz Şahbazov Naxçıvanda "Naxçıvan Enerji" MMC-nin inzibati binasında vətəndaşları qəbul edib.

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin III rübü üzrə nəticələri açıqlayıb

08-10-2025 10:56

2025-ci ilin III rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 3558 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 504-ü məlumat üçün olmaqla 3236 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 36-sı məlumat xarakterli olmaqla 251 müraciət olunub. İstilik təchizatı ilə bağlı 6-sı məlumat üçün olmaqla 14 müraciət edilib. Digər məsələlərlə bağlı isə 10-u məlumat üçün olmaqla 57 müraciət göndərilib.

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin sentyabr ayı üzrə nəticələri açıqlayıb

08-10-2025 09:45

2025-ci ilin sentyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 921 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 149-u məlumat üçün olmaqla 819 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 84 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 2-si məlumat üçün olmaqla 16 müraciət göndərilib.

EMTA-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

30-09-2025 18:06

Sentyabrın 30-da Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) qaz təchizatı üzrə böyük mütəxəssis Robert van der Geestin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

29-09-2025 12:28

Energetika Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

EMTA-da Asiya İnkişaf Bankının məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib

12-09-2025 10:24

EMTA-da energetika sahəsi üzrə iqtisadçı Senad Mrkaljeviçin rəhbərlik etdiyi Asiya İnkişaf Bankının məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

İzmirdə Azərbaycan - Türkiyə IV Enerji Forumu keçirilib

04-09-2025 15:05

İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.

EMTA-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

04-09-2025 10:13

Sentyabrın 3-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

EMTA və EPDK mütəxəssisləri arasında onlayn görüş keçirilib

28-08-2025 14:35

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) mütəxəssisləri arasında Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun onlayn görüşü keçirilib.

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin II rübü üzrə nəticələri açıqlayıb

09-07-2025 11:39

2025-ci ilin II rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 2183 müraciət daxil olub.

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin iyun ayı üzrə nəticələri açıqlayıb

09-07-2025 10:58

2025-ci ilin iyun ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 647 müraciət daxil olub.

EMTA-nın İdarə Heyətinin sədri “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru ilə görüşüb

04-07-2025 14:30

İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

EMTA “EU4Energy” proqramının II mərhələsinin yekun regional konfransında təmsil olunub

30-06-2025 10:55

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova Brüsseldə keçirilmiş “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsinin yekun regional konfransı çərçivəsində “Şərq tərəfdaşlığı regionunda enerji sahəsində islahatlar, davamlı enerji inkişafında çağırışlar və imkanlar” mövzusunda panel müzakirələrində iştirak edib.

Energetika naziri Qusarda vətəndaşları qəbul edib

20-06-2025 15:59

Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib.

“Energy Talks” layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib

12-06-2025 14:34

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə onlayn seminar təşkil edilib.

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin may ayı üzrə nəticələri açıqlayıb

11-06-2025 09:27

2025-ci ilin may ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı EMTA-ya bilavasitə və Energetika Nazirliyindən 660 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 94-ü məlumat üçün olmaqla 574 müraciət edilib.

EMTA-nın İdarə Heyətinin sədri 30-cu Yubiley Bakı Enerji Forumunda çıxış edib

04-06-2025 18:30

İyunun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 3-4 iyun tarixində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunun “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzusunda plenar müzakirələrində iştirak edib.